Web'dəki adınız.

 

Gələn il qəbul imtahanlarında elektron imza tətbiq oluna bilər


2013-02-26

M.Abbaszadə onu da bildirib ki, TQDK hazırda qəbul imtahanlarında elektron imzanın tətbiqi ilə bağlı məsələ üzərində çalışır: Bu istiqamətdə pilot layihələr hazırlayırıq. Ancaq növbəti imtahanda elektron imzanın tətbiq olunub-olunmayacağını indidən birmənalı söyləmək çətindir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu işin mümkün ola biləcəyini deyir. Biz bu məsələni dəqiqləşdirəcəyik. Elektron imza abituriyentlərin sənəd qəbulu komissiyasına getmədən sənədlərinin təsdiqlənməsinə yardımçı olacaq.



Mənbə: www.lent.az